Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Meqa Sığorta ASC

Çağrı Mərkəzinə Operator (axşam-gecə növbəsi üzrə)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Gələn zəngləri vaxtında və peşəkar şəkildə cavablandırmaq; Müştərilərin sorğularına cavab vermək və dəqiq məlumat təqdim etmək; Şikayətləri dinləmək, ilkin həllər təklif etmək və müvafiq şöbələrə yönləndirmək; Sığorta məhsulları və xidmətləri haqqında ətraflı və dəqiq məlumat vermək; Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək; CRM sistemində müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək. Tələblər Təhsil: Ali və ya orta ixtisas təhsili; İş təcrübəsi: Tələb edilmir; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Dəqiq və məsuliyyətli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə. Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 40 saat olmaqla 6 günlük iş həftəsi – Axşam-gecə növbəsi; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.