Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Engineering Bureau Of Azerbaijan

Texniki Ofis və Sənədləşmə üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata keçirmək; Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək, uyğunluğunu yoxlamaq; Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq və smeta sənədlərini hazırlamaq; Görülmüş işlər üzrə Forma-2 sənədlərini hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq; Faktiki iş həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək; Podratçı və subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək; Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara uyğunluğunu izləmək; Texniki hesabatların, aktların və digər layihə sənədlərinin hazırlanmasını təmin etmək; Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək; Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək. Tələblər Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil; Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi; Layihə çertyojlarını oxumaq və iş həcmlərini hesablamaq bacarığı; Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə; Podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər; AutoCAD və MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı; Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.