Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Life at Bir

Kassir-İnkassator

SumqayıtMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Müəyyən edilmiş marşrutlar üzrə terminal və bankomatların inkassasiyasını həyata keçirmək; Nağd pul və digər qiymətliləri xüsusi zirehli avtomobillərlə təhlükəsizlik qaydalarına uyğun daşımaq; Nağd vəsaitlərin qəbulunda, sayılmasında və çeşidlənməsində iştirak etmək; Nağd vəsaitləri kassetlər vasitəsilə toplamaq və müəyyən edilmiş qaydada təhvil vermək; İnkassasiya zamanı terminal və bankomatlara ilkin texniki baxış keçirmək, zərurət yarandıqda aidiyyəti komandalarla əməkdaşlıq etmək; Bankomatlara texniki xidmət göstərilməsi zamanı prosesə nəzarət etmək və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək; İnkassasiya marşrutları üzrə müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmək; Fövqəladə və riskli hallarda nağd vəsaitlərin və digər qiymətlilərin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görmək; Fəaliyyət istiqaməti üzrə daxili qayda və prosedurlara uyğun digər tapşırıqları yerinə yetirmək. Tələblər Orta və ya ali təhsil; Azərbaycan dilində yaxşı səviyyədə ünsiyyət bacarığı; B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması; Həqiqi hərbi xidmət keçmiş olmaq; Silahdan təhlükəsiz istifadə qaydalarını bilmək və müvafiq bacarıqlara malik olmaq; İşin xüsusiyyətlərinə uyğun fiziki və psixoloji sağlamlıq vəziyyətinə malik olmaq; Nağd vəsaitlərin qorunması, təhlükəsiz daşınması və bankomatların inkassasiyası üzrə qaydaları bilmək; Sumqayıt şəhərində və ya yaxın ərazilərdə yaşamaq; Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma; Problem həlletmə bacarığı və nəticəyönümlülük; Şöbələrarası əməkdaşlıq qabiliyyəti; Sahiblənmə və məsuliyyət hissi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.