Vakansiya haqqında
Əsas vəzifələr
Direktorun gündəlik iş qrafikinin planlaşdırılması, təşkili və idarə olunması
Rəsmi məktubların və sənədlərin hazırlanması, daxili və xarici yazışmaların icra olunması
Gələn telefon zənglərinin və elektron yazışmaların çevik və düzgün şəkildə idarə olunması
Direktorun işinə dair təşkilati və inzibati dəstəyin təmin edilməsi
Qonaqların qarşılanması, müşayiəti və yerləşdirilməsinin təşkil olunması
İşgüzar səfərlərin təşkili, o cümlədən biletlərin, otellərin bronlaşdırılması, viza sənədlərinin hazırlanması
Direktor tərəfindən verilmiş tapşırıqların icrasına nəzarət və yekun nəticələrin direktorun diqqətinə çatdırılması
Şöbələrin arasında sənədləşmə və koordinasıyanın aparılması
Tələblər
Şəxsi köməkçi kimi minimum 3 il iş təcrübəsi
Sənədlərin hazırlanması və yazışmaların aparılması ilə işləmə təcrübəsi
Məxfi məlumatlarla işləmək bacarığı və yüksək səviyyədə etibarlılıq
Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və stresə davamlılıq
Elektron təqvim və planlaşdırma alətləri ilə işləmək təcrübəsi (Outlook Calendar, Teams, Zoom və s.)
Kollektivlə işləmə bacarığı
Operativ qərarvermə və təşəbbüskarlıq
Yaranmış problemləri həll etmə bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
