Vakansiya haqqında
Əsas vəzifələr
Kombilərə mütəmadi texniki baxışın keçirilməsi;
İstilik dəyişdiricisinin, filtrlərin və digər hissələrin təmizlənməsi;
Sistem təzyiqinin və su dövranının yoxlanılması;
Avadanlıqların profilaktik təmizlənməsi və texniki qulluq işlərinin aparılması;
Kombilərdə yaranan xəta kodlarının müəyyən edilməsi və səbəblərinin araşdırılması;
Elektron plata, nasos, sensor, üçgedişli klapan və digər komponentlərin yoxlanılması;
Nasaz ehtiyat hissələrinin təmiri və ya dəyişdirilməsi;
İstilik və isti su təchizatında yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.
Tələblər
Kombi və istilik sistemlərinin texniki xidməti üzrə iş təcrübəsi;
Kombilərin quruluşu və iş prinsipi barədə praktiki bilik;
Elektrik və mexaniki nasazlıqları müəyyən etmək bacarığı;
Xəta kodlarının düzgün diaqnostikası;
Məsuliyyətli və operativ olmaq;
Komandada işləmək bacarığı;
Yaş həddi: 50 yaşadək
Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
Əmək haqqı: Əmək haqqı namizədin təcrübəsi, peşəkarlığı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
6 günlük iş qrafiki
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
