Vakansiya haqqında
Əsas vəzifələr
Mərkəzi Bankda rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində siyasət, prosedur və tələblərin hazırlanması prosesində iştirak edilməsi və müvafiq təkliflərin verilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlili və yerli tənzimləyici çərçivəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;
Mərkəzi Bankın təqdim etdiyi və ya tənzimlədiyi məhsul və xidmətlər üzrə rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və bu risklərin azaldılması məqsədilə müvafiq tədbirlərin təklif edilməsi;
Mərkəzi Bankın nəzarət subyektlərində rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində tətbiq olunan mexanizmlərin qiymətləndirilməsi və yoxlama proseslərində iştirak edilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə minimum tələblərin formalaşdırılması prosesində iştirak və metodoloji dəstəyin göstərilməsi;
Rəqəmsal fırıldaqçılıq halları üzrə məlumatların təhlili, səbəblərin müəyyən edilməsi və təkrarlanma risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması;
Sektor üzrə rəqəmsal fırıldaqçılıq risk indikatorlarının müəyyən edilməsi və müvafiq analitik hesabatların hazırlanmasında iştirak;
Nəzarət subyektləri arasında fırıldaqçılıq halları üzrə məlumat mübadiləsi, erkən xəbərdarlıq mexanizmləri və sektor üzrə koordinasiyanın təmin edilməsi;
Nəzarət subyektləri arasında məlumat mübadiləsi və erkən xəbərdarlıq mexanizmlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mərkəzləşdirilmiş mexanizmlərin formalaşdırılması istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə (ödəniş sistemləri, informasiya texnologiyaları, hüquq, risk və digər sahələr üzrə) qarşılıqlı əməkdaşlıq etmək;
Rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və idarə olunması məqsədilə digər struktur bölmələrdən daxil olan məlumatların təhlilində iştirak etmək
Tələblər
Maliyyə, bank işi, iqtisadiyyat, informasiya texnologiyaları, kiber təhlükəsizlik, məlumatların təhlili ilə bağlı ixtisaslar üzrə ali təhsil
Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik: Yüksək səviyyədə
İnformasiya sistemləri və inteqrasiyası üzrə ümumi bilik: Yüksək səviyyədə
Beynəlxalq standartlar və tənzimləyici yanaşmalar üzrə bilik: Yüksək səviyyədə
Risk modelləri və qiymətləndirmə yanaşmaları üzrə bilik: Yüksək səviyyədə
Fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin qurulması: Yüksək səviyyədə
Böyük həcmli məlumatların işlənilməsi, təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığı: Yüksək səviyyədə
Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq mexanizmlərinin təhlil edilməsi, onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması bacarığı: Yüksək səviyyədə
Ödəniş sistemləri və məhsulları üzrə bilik: Yüksək səviyyədə
Rəqəmsal fırıldaqçılıqla mübarizə, əməliyyat risklərinin idarə edilməsi və ya komplayens/AML sahələri üzrə ən azı 5 il iş təcrübəsi: Tələb edilir
Azərbaycan dili: Yüksək səviyyədə
İngilis dili: Yaxşı səviyyədə
Windows OS ilə işləmə bacarığı: Yüksək səviyyədə
Rəqəmsal fırıldaqçılığın idarəolunması alətləri ilə təcrübə: Yüksək səviyyədə
SQL bilikləri: Orta səviyyədə
Məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər: Yüksək səviyyədə
Məlumatların vizuallaşdırılması və hesabatlılıq alətləri üzrə bilik: Arzuolunandır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
