Vakansiya haqqında
Əsas vəzifələr
İstehsalat avadanlıqlarındakı avtomatika və elelktronika ilə bağlı yaranmış problemləri aradan qaldırır;
Avtomatlaşdırma sistemlərinin (PLC, SCADA, HMI, VFD və digər idarəetmə sistemləri) texniki vəziyyətini izləyir, diaqnostika və sazlama işlərini həyata keçirir;
Elektrik sxemləri, idarəetmə sxemləri və texniki sənədlər üzrə dəyişiklikləri izləyir və aidiyyəti sənədlərin yenilənməsində iştirak edir;
Avtomatlaşdırma və elektronika avadanlıqları ilə bağlı texniki hesabatların, nasazlıq analizlərinin və görülmüş işlər üzrə məlumatların hazırlanmasında iştirak edir;
Avtomatlaşdırma avadanlıqları üçün tələb olunan ehtiyat hissələri və elektron komponentlərin texniki uyğunluğunu müəyyən edir, sifariş prosesində iştirak edir;
Sensorlar, icraedici mexanizmlər, idarəetmə modulları və elektron komponentlərin düzgün işləməsinə nəzarət edir, nasazlıqların aradan qaldırılmasında iştirak edir;
Avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması üzrə texniki təkliflər hazırlayır;
Tələblər
Təhsil: Ali təhsil: Proseslərin avtomatlaşdırılması mühəndisi sahəsində
İş təcrübəsi: Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi; (istehsal sahəsi üzrə təcrübəsi üstünlükdür)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 09:00-18:00;
İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye Parkı
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Nahar təminatı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
