Vakansiya haqqında
Əsas vəzifələr
Yanğın işarəverməsi avadanlıqlarının saz və işlək vəziyyətdə olmasına nəzarət etmək, gündəlik yoxlanış və texniki xidmət işlərini həyata keçirmək;
Avadanlıqların texniki baxışını, profilaktik yoxlanışını və cari təmirini aparmaq;
Aşkar edilmiş nasazlıqların səbəblərini müəyyənləşdirmək, aradan qaldırmaq və avadanlıqların iş rejimini bərpa etmək;
Təmir işləri zamanı yanğın xəbərvericilərinin demontaj və montajını, yeni qurğu və kabellərin quraşdırılmasını həyata keçirmək;
Avadanlıqların, kabellərin və elektrik birləşmələrinin texniki vəziyyətinə nəzarət etmək;
Qəza hallarında operativ bərpa işlərini yerinə yetirmək və avadanlıqların yenilənməsi prosesində iştirak etmək;
Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki jurnallarda qeydlər aparmaq, müvafiq hesabatlar təqdim etmək;
Texnoloji proses qrafikinə, əmək və texnoloji intizama, əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər
22-40 yaş aralığında olmaq;
Müvafiq sahə üzrə ali ixtisas təhsili və istehsalatda minimum 1 il,orta ixtisas təhsili olduqda isə minimum 3 il iş təcrübəsi;
Müvafiq sahə üzrə xüsusi təhsili olmadığı halda istehsalatda minimum 5 il iş təcrübəsi;
Yanğın işarəverməsi avadanlıqlarının quruluşu, iş prinsipi və qidalanma sxemləri üzrə biliklər;
Elektrik və prinsipial sxemləri oxumaq və tətbiq etmək bacarığı;
Texniki jurnallarda qeydlərin aparılması bacarığı;
Gecə növbələrində və yeraltı obyektlərdə (tunellərdə) işləmək qabiliyyəti, fiziki dözümlülük və yüksək məsuliyyət hissi;
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
