Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Havalandırma və soyutma sistemləri üzrə mühəndis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Havalandırma, kondisionerləşdirmə və soyutma sistemlərinin texniki vəziyyətinə nəzarət etmək; Mühəndis sistemlərinin istismarı, texniki xidməti və layihə həllərinin təhlilini həyata keçirmək; Sistemlərdə yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üzrə texniki təkliflər hazırlamaq; Avadanlıqların iş parametrlərini təhlil etmək, hava sərfi və soyutma yükü ilə bağlı hesablamaları aparmaq; Layihə və icra sənədlərini, texniki tapşırıqları və avadanlıq spesifikasiyalarını yoxlamaq; Layihə həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları aşkar etmək; Havalandırma sistemlərinin sınaqdan keçirilməsi, hava sərflərinin ölçülməsi və balanslaşdırılması proseslərinə nəzarət etmək; Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə uyğunluğunu yoxlamaq; Texniki hesabatlar, nöqsan aktları və müvafiq təkliflər hazırlamaq; Əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək. Tələblər Ali təhsil (Havalandırma, mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə); Müvafiq sahə (HVAC) üzrə minimum 3 il iş təcrübəsi; Mühəndis sistemlərinin istismarı, texniki xidməti və layihələndirilməsi üzrə praktiki biliklər; Mərkəzi və yerli havalandırma sistemləri, vurucu və sorucu ventilyatorlar, VRF/VRV, çiller, fan-koyl və split kondisioner sistemlərinin iş prinsiplərini bilmək; Hava sərfi, hava kanallarının en kəsiyi, hava sürəti, təzyiq itkiləri və soyutma yükünün hesablanması üzrə biliklər; Elektrik və avtomatik idarəetmə sxemlərini oxumaq, SCADA və BMS sistemləri barədə biliklər; AutoCAD proqramında mühəndis çertyojlarını oxumaq və onlarla işləmək bacarığı; HVAC sistemlərinə aid qüvvədə olan tikinti norma və qaydaları, EN 16798 və EN 12599 standartları barədə biliklər; MS Office proqramlarında sərbəst işləmək bacarığı; İngilis və ya rus dilində texniki sənədləri oxumaq bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.