Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Elektrik mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Elektrik təchizatı və paylayıcı sistemlərin texniki vəziyyətini qiymətləndirmək, istismar və texniki xidmət proseslərinə nəzarət etmək; Qurğularının, güc transformatorlarının, kommutasiya avadanlıqlarının və kabel xətlərinin texniki vəziyyətini təhlil etmək; Sxemlərini təhlil etmək, layihə həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları müəyyənləşdirmək; Avadanlıqlarında yaranan nasazlıqların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üzrə texniki təkliflər hazırlamaq; Elektrik yüklərinin, işçi cərəyanların, gərginlik düşümünün və qısaqapanma cərəyanlarının hesablanmasını həyata keçirmək; Rele mühafizəsi, avtomatika, ehtiyat qidalanmanın avtomatik qoşulması (AVR) və elektrik idarəetmə sistemlərinin iş prinsiplərini təhlil etmək; Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə və layihə sənədlərinə uyğunluğunu yoxlamaq; Texniki hesabatlar, nöqsan aktları və müvafiq texniki təkliflər hazırlamaq; Elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydalarına və qüvvədə olan normativ tələblərə riayət olunmasına nəzarət etmək. Tələblər Ali təhsil (Elektrik mühəndisliyi, elektroenergetika, elektrik təchizatı və ya müvafiq texniki ixtisas üzrə); Elektrik qurğularının istismarı, texniki xidməti və ya layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının əsas prinsipləri üzrə biliklər; 0,4 kV və orta gərginlikli elektrik paylayıcı qurğularının, güc transformatorlarının, açarların, ayırıcıların və digər kommutasiya avadanlıqlarının iş prinsiplərini bilmək; Elektrik təchizatı sistemlərinin birxətli və prinsipial sxemlərini oxumaq və təhlil etmək bacarığı; Kabel xətlərinin seçilməsi, en kəsiyinin hesablanması və mühafizə aparatlarının seçilməsi prinsipləri üzrə biliklər; Rele mühafizəsi, avtomatika, AVR, torpaqlama və elektrik cərəyanından mühafizə üsulları üzrə biliklər; Elektrik mühərrikləri, tezlik çeviriciləri, yumşaq işəsalma qurğuları və idarəetmə sistemləri üzrə biliklər; PLC və SCADA sistemləri barədə ümumi anlayış; AutoCAD proqramında elektrik sxemlərini və layihə çertyojlarını oxumaq bacarığı; Elektrik Qurğularının Quraşdırılması Qaydaları (EQQQ), elektrik qurğularının texniki istismarı və təhlükəsizlik qaydaları, həmçinin IEC 60364, IEC 60947, IEC 62271 və IEC 60204-1 standartları üzrə biliklər; Texniki sənədləri, hesabatları və nöqsan aktlarını hazırlamaq bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; İngilis və ya rus dilində texniki sənədləri oxumaq bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.