Vakansiya haqqında
Əsas vəzifələr
Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasını təşkil etmək;
Qəlib, armatur və beton işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
Armaturun sinfi, diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə uyğunluğunu yoxlamaq;
Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək;
Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa nəzarət etmək;
Metal konstruksiyaların montajına, anker boltlarına, boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək;
Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini yoxlamaq;
Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan materialların uyğunluğunu və sərfiyyatını izləmək;
Gündəlik iş hesabatlarını hazırlamaq, uyğunsuzluqları qeydə almaq və aradan qaldırılmasını izləmək;
Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
Dəmir-beton və metal konstruksiya işləri üzrə sahədə minimum 3 il iş təcrübəsi;
Qəlib, armatur, beton və metal konstruksiya montajı prosesləri üzrə praktiki biliklər;
Layihələri, işçi cizgiləri, armatur və metal konstruksiya spesifikasiyalarını oxumaq bacarığı;
Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri üzrə biliklər;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
İşçi heyətini idarə etmək, operativ qərar vermək və texniki məsələləri həll etmək bacarığı;
Məsuliyyət, dəqiqlik və təşkilatçılıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
