Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Road and Construction MMC

MEP üzrə Menecer

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Elektromexaniki (MEP) layihənin ümumi idarə edilməsi və icrasına nəzarət; Layihə işlərinin təsdiq olunmuş büdcə və qrafikə uyğun həyata keçirilməsinin təmin edilməsi; Layihə üzrə işlərin planlaşdırılması və resursların idarə olunması; Mexaniki, elektrik və santexnika sistemləri üzrə işlərin koordinasiyası; Texniki sənədlərin, çertyojların və iş qrafiklərinin hazırlanması və təsdiq prosesinin izlənilməsi; Sifarişçi, podratçılar və layihə komandası ilə koordinasiyanın təmin edilməsi; Müqavilə öhdəliklərinin icrasına və texniki tələblərə riayət olunmasına nəzarət; MEP sistemlərinin sınaq, təhvil-təslim prosesinin təşkili və icrasına nəzarət; Layihə üzrə material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın müəyyənləşdirilməsi. Tələblər Mexanika, elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Layihələrin idarə edilməsi sahəsində 5 ildən artıq iş təcrübəsi; MEP layihələrinin idarə olunması və koordinasiyası üzrə təcrübə; AutoCAD və layihə planlaşdırma proqramları ilə işləmək bacarığı; Müqavilələr, texniki sənədlər və layihə idarəetməsi üzrə biliklər; Danışıqlar aparmaq, komanda idarə etmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.