Vakansiya haqqında
Əsas vəzifələr
Əsas vəsaitlərin uçotunu və mühasibat kodları üzrə düzgün qeydiyyatını aparmaq;
Yeni əsas vəsaitləri uçota almaq, barkodlama və fotoqeydiyyatı təşkil etmək;
Əsas vəsaitlərin müəssisədaxili yerdəyişməsini və silinməsini rəsmiləşdirmək;
Amortizasiya hesablamalarını aparmaq və nəticələri yoxlamaq;
Əsas vəsaitlər üzrə xərc və dəyərə əlavə edilən məsrəfləri təhlil etmək;
Maddi məsul şəxslər və xərc mərkəzləri üzrə uçotu aparmaq;
Əsas vəsaitlərin dövriyyəsi, amortizasiya və maddi məsuliyyət üzrə hesabatlar hazırlamaq.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Əsas vəsaitlərin uçotu sahəsində minimum 3 il iş təcrübəsi;
Əsas vəsaitlərin mühasibat uçotu, amortizasiya və dəyər hesablamaları üzrə biliklər;
Əsas vəsaitlərin uçota alınması, yerdəyişməsi və silinməsi prosedurlarını bilmək;
Müvafiq hesabatların hazırlanması və uçot proqramları ilə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
