Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Karabakh Group LLC

Memar- Dizayner

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Sifarişçinin tələblərini və üslub seçimlərini müəyyənləşdirmək Obyektə baxış keçirmək, ölçüləri dəqiqləşdirmək və mövcud texniki məhdudiyyətləri nəzərə almaq Memarlıq-planlaşdırma həlləri, eskizlər, konseptlər və funksional zonalaşdırma planları hazırlamaq İnteryer və eksteryer üzrə 3D modellər və fotorealistik vizualizasiyalar hazırlamaq İşçi çertyojları, texniki düyünləri, material və avadanlıq spesifikasiyalarını tərtib etmək Material, rəng, tekstura, mebel və işıqlandırma həllərini seçmək Memarlıq həllərini konstruksiya, elektrik, mexanika, su-kanalizasiya və havalandırma bölmələri ilə uzlaşdırmaq Layihənin büdcələndirilməsi üçün material siyahılarını hazırlamaq və alternativləri qiymət-keyfiyyət baxımından qiymətləndirmək Sifarişçi ilə layihə həllərini razılaşdırmaq və təsdiqlənmiş dəyişiklikləri layihəyə daxil etmək Tikinti və quraşdırma mərhələsində müəllif nəzarətində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişlər təklif etmək Tələblər AutoCAD və ya ArchiCAD proqramlarında işləmək bacarığı 3D modelləşdirmə proqramlarından (3ds Max, Revit, Blender və ya SketchUp) birində yüksək səviyyədə bilik Corona Renderer və ya V-Ray kimi render mühərrikləri ilə işləmək bacarığı Lumion, Twinmotion və ya Unreal Engine proqramlarında vizualizasiya təcrübəsi Adobe Photoshop proqramında işləmək bacarığı Memarlıq çertyojlarını, planları, kəsikləri və fasadları oxumaq bacarığı Tikinti materialları, teksturalar, işıqlandırma və konstruktiv həllər haqqında biliklər İş proseslərinin optimallaşdırılması üçün süni intellekt alətlərindən istifadə bacarığı Komandada işləmək, texniki məsələləri koordinasiya etmək və vaxtı düzgün idarə etmək bacarığı Detallara qarşı yüksək diqqət Analitik və yaradıcı düşüncə Məsuliyyətlilik və dəqiqlik Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı Tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.