Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu ilə bağlı hüquqi işlərə dəstək göstərmək;
Müqavilələrin, əlavə sazişlərin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanılmasında iştirak etmək;
Şirkətə daxil olan hüquqi xarakterli müraciətləri araşdırmaq və müvafiq sənədlərin hazırlanmasına kömək etmək;
İddia, şikayət və digər hüquqi sənədlərin hazırlanması prosesində iştirak etmək;
Əmək münasibətləri, əmək müqavilələri və digər kadr məsələləri üzrə hüquqi sənədlərlə işləmək;
Dövlət qurumlarından daxil olan məktub və sorğuların araşdırılmasına dəstək olmaq;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və müvafiq məlumatları toplamaq;
Müqavilə və digər hüquqi sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək;
Hüquq şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərmək.
Tələblər
Hüquq ixtisası üzrə yeni məzun olmaq;
Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ilkin biliklərə malik olmaq;
Hüquqi sənədlərlə işləməyə maraq göstərmək;
Araşdırma və analitik düşünmə bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs;
Komanda ilə işləmək və yazılı ünsiyyət bacarığı.
İş yeri: Bakı şəhəri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
