Vakansiya haqqında
Əsas vəzifələr
İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin etmək
Etibarnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil etmək
Filialın fəaliyyət istiqamətləri üzrə qəbul olunmuş aktların icrasını təmin etmək
Filialın fəaliyyətinin təşkili ilə əlaqədar daxili tapşırıqları icra etmək, o cümlədən əməkdaşlar arasında aparılmış iş bölgüsünə uyğun fəaliyyət göstərmək
Sahibkarlıq sahəsində, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə yoxlamalar və nəzarət tədbirləri aparmaq, nəticələri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmək
Enerji sahəsində istehsalçılar, təchizatçılar, ötürücülər və paylayıcılar arasında yaranan mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxmaq
İstehlak olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət etmək
Dövlət müəssisələrində elektrik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunmasına nəzarət etmək
Enerji sistemində elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar enerji istehsalı və sistem operatorları tərəfindən tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə nəzarət etmək
Enerji istehsalı və sistem operatorlarında elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına nəzarət etmək
Elektrik şəbəkələrində, eləcə də enerji təchizatı qurğularında və avadanlıqlarında baş vermiş hadisələrin və istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatını aparmaq, onların səbəblərinin araşdırılmasında iştirak etmək, belə hadisələrin və halların qarşısının alınması üçün təşkilati-texniki tədbirlər hazırlamaq və onların icrasına nəzarət etmək
Filialın fəaliyyət ərazisində 200 kVt-dan yuxarı gücə malik elektrik qurğuları üçün istismara buraxılış aktının verilməsi məqsədilə tikinti obyektlərinin elektrik qurğularına baxış keçirmək və nəticələri aktla rəsmiləşdirmək
Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin və onların tabeliyindəki qurumların elektrotexniki heyətinin, elektrik təsərrüfatına cavabdeh şəxslərin və onların müavinlərinin, həmçinin elektrik qurğularına nəzarət vəzifəsi həvalə edilmiş əməyin mühafizəsi üzrə mütəxəssislərin peşə biliklərinin yoxlanılmasında iştirak etmək və nəticələri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmək
Müvafiq sahədə enerji istehsalının və sistem operatorunun sabit fəaliyyətinə, eləcə də enerji təchizatına təhlükə yaradan qəzaların araşdırılmasında iştirak etmək
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın elektrik enerjisinə aid hissələrinin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək
Agentliyin səlahiyyətlərinə aid məsələlər üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmək
Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi olan göstərişlər vermək
İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparmaq
Səlahiyyətlərinə aid məsələlərlə bağlı konfranslarda, iclaslarda, seminarlarda və digər tədbirlərdə iştirak etmək
İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmaq və nəticələrini rəsmiləşdirmək
Filialın fəaliyyətinin səmərəli təşkili ilə bağlı təkliflər vermək
Öz fəaliyyəti barədə Filialın rəisinə hesabat vermək
Vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə etmək
Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək
Tələblər
Energetika, elektroenergetika, istilik energetikası, elektrotexnika və elektromexanika, yüksək gərginlik texnikası və fizikası, elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Yaş həddi 25–45 aralığında
Agentliyin region filiallarına rotasiyaya açıq olmaq
Microsoft Word və Excel proqramlarında mükəmməl işləmək bacarığı
Rus dilini bilmək arzuolunandır
Vətəndaşlarla işləmək, fikrini düzgün ifadə etmək və savadlı yazı qabiliyyəti
Əmək bazarına uyğun rəqabətli əməkhaqqı və mükafatlandırma
İş yeri: regionlar üzrə
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
