Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun holding

Qrafik Dizayner

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr AL Market mağazalarının rebrendinqi, yeni mağazaların açılışı və mövcud mağazaların yenilənməsi üzrə dizayn işlərini həyata keçirmək; Mağazaların fasad, giriş, vitrin və xarici əraziləri üçün reklam lövhələri, həcmli hərflər, işıqlı lövhələr, bannerlər, totemlər, stikerlər və digər reklam elementlərinin dizaynını hazırlamaq; Billboard, citylight, poster, afişa, kampaniya, endirim və mövsümi aksiyalar üçün vizual materiallar hazırlamaq; Mağazalarda ölçülər götürmək, texniki çertyojlar və reklam konstruksiyalarının istehsalı üçün dizayn faylları hazırlamaq; Dizaynların istehsal, çap və montaj tələblərinə uyğunluğunu təmin etmək; Quraşdırılmış reklam və brend elementlərinin korporativ vizual standartlara uyğunluğunu yoxlamaq; Köhnəlmiş və ya zədələnmiş reklam elementlərinin yenilənməsi üzrə təkliflər hazırlamaq; Reklam elementlərinin istehsal və quraşdırılmasını podratçılar və aidiyyəti şöbələrlə koordinasiya etmək; Layihələrin icra müddətlərini izləmək və görülmüş işlər üzrə hesabatlar hazırlamaq; Adobe Photoshop, Illustrator, InDesign və digər müvafiq proqramlardan istifadə etməklə qrafik dizayn işlərini həyata keçirmək. Tələblər Qrafik dizayn sahəsində müvafiq bilik və bacarıqlar; Adobe Photoshop, Illustrator və InDesign proqramları ilə işləmək bacarığı; Çap və reklam materiallarının hazırlanması prosesləri barədə məlumatlılıq; Texniki çertyojlar və istehsal üçün dizayn faylları hazırlamaq bacarığı; Yaradıcılıq, detallara diqqət və məsuliyyətlilik; Komanda ilə işləmək və koordinasiya bacarığı. İş yeri: Bakı şəhəri.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.