Vakansiya haqqında
Əsas vəzifələr
HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.
Tələblər
Ali təhsil;
HORECA, FMCG və ya satış sahəsində ən azı 5 il iş təcrübəsi;
Satış komandasının idarə olunması üzrə təcrübə;
HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Komanda idarəetməsi və liderlik bacarığı;
Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;
İş qrafiki: 6 günlükƏmək haqqı: 1200 Azn + bonusİş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
