Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PAŞA Sığorta

Tibbi Ekspert/ Baş tibbi ekspert

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tibbi sığorta üzrə daxil olan müraciətlərin, sığorta hadisələrinin və təqdim edilmiş tibbi sənədlərin ekspertizasının aparılması; Tibbi konsultasiyaların, laborator və instrumental müayinələrin, diaqnostik prosedurların, stasionar müalicələrin və cərrahi əməliyyatların tibbi əsaslandırılmasının qiymətləndirilməsi; Tibbi xidmətlərin sığorta müqaviləsinin şərtlərinə, təminat həcminə və istisnalara uyğunluğunun yoxlanılması; Həkimlər tərəfindən təyin edilmiş dərman vasitələrinin diaqnoza, tibbi göstərişlərə, dozaya və müalicə müddətinə uyğunluğunun təhlili; Təkrar konsultasiya və müayinələrin, eyni və ya oxşar diaqnozlar üzrə müraciətlərin, müxtəlif tibb müəssisələrinə keçidlərin və təkrarlanan xidmətlərin tibbi zəruriliyinin qiymətləndirilməsi; Yüksək məbləğli tibbi xidmətlərin, diaqnostik müayinələrin, dərman təyinatlarının və mürəkkəb sığorta hadisələrinin tibbi-maliyyə ekspertizasının aparılması; Tibb müəssisələri tərəfindən təqdim edilmiş elektron reyestrlərin, hesab-fakturaların və digər tibbi sənədlərin yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi; Tibbi xidmətlərin qiymətlərinin, müqavilə tariflərinin, tətbiq olunan endirimlərin və hesablaşma şərtlərinin uyğunluğunun təhlili; Tibbi cəhətdən əsassız xidmətlərin, təkrarlanan hesablaşmaların, mümkün sui-istifadə və şübhəli halların aşkarlanması və araşdırılması; Tibbi ekspertiza zamanı aşkar edilmiş uyğunsuzluqlar üzrə əsaslandırılmış düzəliş və ya ödənişdən imtina təkliflərinin hazırlanması; Tibb müəssisələrinin sığorta şöbələri, müalicə həkimləri, Assistans Mərkəzi, Network və digər aidiyyəti struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi; Sığorta olunanların müqaviləli olmayan tibb müəssisələrinə müraciətləri üzrə kompensasiya tələblərinin tibbi ekspertizasının aparılması; Mürəkkəb və mübahisəli tibbi halların araşdırılması, zərurət yarandıqda birbaşa rəhbərə təqdim edilməsi; Tibbi ekspertiza üzrə qəbul edilmiş qərarların düzgünlüyünün və əsaslandırılmasının yoxlanılması, təkrarlanan səhvlərin və sistemli uyğunsuzluqların müəyyən edilməsi; Tibb müəssisələri, həkimlər, diaqnozlar və tibbi xidmət növləri üzrə müraciət tezliyinin, orta xərclərin və yüksək məbləğli halların təhlili; Tibbi sığorta üzrə zərərliliyə təsir edən amillərin müəyyən edilməsi, tibbi xərclərin optimallaşdırılması və əsassız xərclərin azaldılması istiqamətində təkliflərin hazırlanması; Tibbi ekspertiza proseslərinin təkmilləşdirilməsi, vahid qiymətləndirmə meyarlarının tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində iştirak; Tibbi ekspertiza üzrə dövri hesabatların hazırlanması və nəticələrin birbaşa rəhbərə təqdim edilməsi; Sığorta olunan şəxslərin hüquqlarının və şirkətin qanuni maraqlarının qorunması, tibbi ekspertiza qərarlarının obyektiv, şəffaf və əsaslandırılmış şəkildə qəbul edilməsi; Birbaşa rəhbərin vəzifə funksiyalarına uyğun digər tapşırıqlarının yerinə yetirilməsi. Tələblər Tibb sahəsində ali təhsil; Tibb sahəsində minimum 3 il iş təcrübəsi, Baş tibbi ekspert vəzifəsi üçün isə minimum 5 il iş təcrübəsi arzuolunandır; Tibbi sığorta, tibbi ekspertiza və ya klinik audit sahəsində iş təcrübəsi üstünlükdür; Klinik diaqnostika, farmakologiya, laborator və instrumental müayinələr, müalicə prinsipləri üzrə biliklər; Tibbi sığorta müqavilələrinin təminat və istisna şərtləri haqqında biliklər; Tibbi sənədlərin və müalicə təyinatlarının təhlili bacarığı; Microsoft Office proqramları, xüsusilə Excel üzrə biliklər; Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis dillərini bilmək üstünlükdür. Analitik və məntiqi düşünmə; Tibbi məlumatların təhlili və əsaslandırılmış qərarvermə; Detallara diqqət və dəqiqlik; Effektiv kommunikasiya və komandada işləmək; Qeyri-standart vəziyyətlərə operativ reaksiya vermək; Problemlərin həlli və təşəbbüskarlıq; Sığorta olunan şəxslərə empatik və peşəkar yanaşma; Stressə davamlılıq və emosional sabitlik; Dürüstlük, obyektivlik və məsuliyyət; Vaxtın səmərəli idarə edilməsi; Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.