Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Carlsberg Azerbaijan

Forklift (Avtoyükləyici) sürücüsü

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Forklift vasitəsilə məhsul, xammal və materialların daşınmasını, nəqliyyat vasitələrinə yüklənməsini və boşaldılmasını həyata keçirmək. Yükləri müəyyən edilmiş qaydalara uyğun olaraq rəflərə yerləşdirmək və istifləmək. Məhsul və materialların qəbulu və təhvili zamanı miqdarını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq, uyğunsuzluqlar barədə məlumat vermək. Sifarişləri sənədlərə uyğun komplektləşdirmək, anbar əməliyyatlarını WMS sistemində vaxtında və düzgün qeydə almaq. İstehsal xətlərinin materiallarla təmin edilməsində və inventar sayımlarında iştirak etmək. Növbə başlamazdan əvvəl forkliftin texniki vəziyyətini yoxlamaq, müvafiq yoxlama qeydlərini aparmaq və nasazlıqlar barədə dərhal məlumat vermək. Sürət həddinə, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək. Tələblər Orta və ya orta ixtisas təhsili; Forklift (Avtoyükləyici) idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat; Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi; Təhlükəsizlik qaydalarına yüksək diqqət; Anbar prosesləri — malların qəbulu, yerləşdirilməsi və göndərilməsi üzrə biliklər; Rus dili biliyi üstünlükdür; Növbəli iş qrafikində işləməyə hazırlıq; Diqqətlilik, məsuliyyət və intizam. WMS sistemi, terminal və skanerlərlə iş təcrübəsi üstünlükdür Nahar təminatı 4 istiqamət üzrə transfer (səhər və axşam)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.