Vakansiya haqqında
Əsas vəzifələr
Dondurma istehsalı zavodunda istifadə olunan mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;
Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət etmək;
Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək;
İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma endirmək;
İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, onların uçotunu və səmərəli istifadəsini təmin etmək;
Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Texniki sənədləşməni, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;
Tələblər
Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə 7–10 il iş təcrübəsi;
Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində təcrübə üstünlükdür;
İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;
Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə;
AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D, döngə
İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü
Mobil nömrə ilə təminat
Nahar şirkət tərəfindən qarşılanır.
Əmək haqqı - 3 500 AZN (razılaşma yolu ilə).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
