Vakansiya haqqında
Əsas vəzifələr
Tələbələrə fərdi psixoloji məsləhət və dəstək göstərmək;
Stress, imtahan həyəcanı, motivasiya və universitet mühitinə uyğunlaşma ilə bağlı çətinliklərin aradan qaldırılmasına kömək etmək;
Tələbələrin emosional və sosial rifahının dəstəklənməsinə yönəlmiş fəaliyyətlər həyata keçirmək;
Psixoloji maarifləndirmə seminarları, təlimlər və qrup görüşləri təşkil etmək;
Zəruri hallarda tələbələri müvafiq ixtisaslaşmış xidmətlərə yönləndirmək;
Universitetdə sağlam və dəstəkləyici psixoloji mühitin formalaşdırılmasına töhfə vermək;
Peşə etikası, məxfilik və şəxsi məlumatların qorunması prinsiplərinə riayət etmək.
Tələblər
Psixologiya ixtisası üzrə ali təhsil;
Psixoloji məsləhət sahəsində müvafiq bilik və bacarıqlar;
Effektiv ünsiyyət, empatiya və analitik düşünmə qabiliyyəti;
Məsuliyyətlilik, etik davranış və komandada işləmək bacarığı;
Tələbələrlə iş təcrübəsi və əlavə peşə hazırlığı üstünlük hesab olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
