Vakansiya haqqında
Əsas vəzifələr
Sifarişçinin nümayəndələri ilə görüşlər aparmaq, onların mühasibat, vergi və idarəetmə uçotu proseslərini öyrənmək və tələbləri müəyyən etmək;
Biznes tələblərini sənədləşdirmək: texniki tapşırıq, funksional spesifikasiya və texniki təklif hazırlamaq;
Prosesləri sxemlərlə modelləşdirmək və onların daha səmərəli olması üçün təkliflər vermək;
Texniki tapşırıqları proqramçılarla müzakirə etmək və tələblərin icrasını izləmək;
Mövcud sistemləri təhlil etmək və ekspert rəyi vermək;
Biznes tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Yeni funksionallığı test etmək və FMSpro-da lazımi ayarları aparmaq;
Sistemi sifarişçilərə təqdim etmək və istifadəçilərə dəstək olmaq.
Tələblər
Mühasibat uçotunu qanunvericiliyə uyğun yaxşı bilmək;
Vergi uçotunu və idarəetmə uçotunu bilmək;
Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi qaydalarını bilmək;
ERP sistemlərinin tətbiqində iştirak və ya ERP üzrə biznes analitik kimi iş təcrübəsi;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Komandada işləmək, müstəqil qərar vermək, təşəbbüskalıq kimi bacarıqlara malik olmaq.
Proqram təminatının hazırlanma prosesini,Agile və Scrum yanaşmalarını bilmək; ▫️
SQL və ya PL/SQL üzrə ilkin bilik;
Jira, MS Visio, Balsamiq Wireframes kimi alətlərlə iş təcrübəsi; ▫️
Rus və ya ingilis dilində yazışma və ünsiyyət bacarığı;
Biznes ehtiyaclarını texnoloji həllərlə əlaqələndirə bilmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
