Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AzerGold

İdarə Heyətinin katibliyi / Köməkçi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək; Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri daxilində iştirak etmək və müvafiq işlərin əlaqələndirilməsini təmin etmək; Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün müvafiq işlərin görülməsini təmin etmək; Rəhbər tərəfindən aidiyyəti struktur bölmələrə və icraçılara verilmiş tapşırıqların icra vəziyyəti barədə onu məlumatlandırmaq, nəzarətində olan işlərin gedişatı və nəticələri haqqında tələb olunduqda, habelə mütəmadi olaraq rəhbərinə hesabat və müvafiq məlumatlar təqdim etmək; Rəhbərin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq; Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş və rəhbərin göstərişi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Tələblər Azərbaycan dili səlis, İngilis və Rus dilləri əla; Microsoft Office (Word, Excel və.s) proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı; Daxili və xarici işgüzar yazışmaların aparılması və idarə edilməsi bacarığı. Ali təhsil Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 10:00-dan 19:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. Nəqliyyat xidməti. Rəqabətli mükafatlandırma sistemi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.