Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

ENERGAZER

Enerji effektivliyi və enerji auditləri üzrə HVAC mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Enerji auditlərində HVAC sistemlərinin texniki qiymətləndirilməsi; Temperatur, rütubət, hava sürəti və sərfi, təzyiq və su sərfi üzrə sahə ölçmələrinin aparılması; Chiller, AHU, FCU, VRF/VRV, isitmə və havalandırma sistemlərinin enerji analizləri; COP, EER, SEER və digər enerji performans göstəricilərinin qiymətləndirilməsi; Ölçmə nəticələrinin emalı və enerji auditi hesabatlarının hazırlanması; Enerjiyə qənaət tədbirlərinin (ECM) və geriödəmə müddətinin hesablanması; Layihə komandası və müştərilərlə texniki koordinasiya. Tələblər Mexanika mühəndisliyi, HVAC, istilik energetikası və ya müvafiq sahədə ali təhsil; HVAC sistemləri üzrə minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir); Sahədə ölçmə cihazlarından istifadə və faktiki performansı təhlil etmək bacarığı; İsitmə, soyutma, havalandırma və istilik mübadiləsi üzrə güclü texniki biliklər; Enerji qənaəti hesablamaları və texniki hesabat hazırlamaq bacarığı; MS Excel və AutoCAD ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq. Enerji auditi və enerji effektivliyi layihələrində təcrübə; ISO 50001, ISO 50002, ASHRAE və enerji modelləşdirmə proqramları üzrə biliklər; İngilis və rus dilləri; enerji auditoru sertifikatı. Enerji auditi və enerji effektivliyi layihələrində iştirak; Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.