Vakansiya haqqında
Əsas vəzifələr
Yeni korporativ müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması;
Bulud xidmətləri, rəqəmsal platformalar və proqram təminatı həllərinin korporativ satışının həyata keçirilməsi;
Potensial müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texnoloji həllərin təklif edilməsi;
Müştərilərlə görüşlərin,məhsul təqdimatlarının və satış danışıqlarının keçirilməsi;
Kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və müqavilə proseslərinin izlənilməsi;
Satış prosesinin bütün mərhələlərinin idarə olunması və müştərilərlə müntəzəm əlaqənin saxlanılması;
Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və əlavə satış imkanlarının müəyyənləşdirilməsi;
Texniki və məhsul komandaları ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi;
Satış hədəflərinə nail olunması və müştəri məmnuniyyətinin təmin edilməsi.
Tələblər
Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
İT, bulud xidmətləri və rəqəmsal məhsullar haqqında ümumi biliklər;
B2B satış və korporativ müştərilərlə iş bacarığı;
Bulud texnologiyaları (Cloud), SaaS və proqram təminatı həllərinin əsas iş prinsipləri haqqında anlayış;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təklif etmək bacarığı;
Kommersiya təkliflərinin hazırlanması və satış proseslərinin idarə olunması bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;
Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı;
Yeni texnologiyaları öyrənməyə və biliklərini inkişaf etdirməyə həvəs.
Bulud xidmətləri (IaaS, PaaS, SaaS) və korporativ proqram təminatı satışında təcrübə;
Rəqəmsal transformasiya, biznes proseslərinin avtomatlaşdırılması və korporativ İT həlləri üzrə biliklər;
Dövlət qurumları və iri korporativ müştərilərlə iş təcrübəsi;
CRM sistemləri ilə iş təcrübəsi;
İngilis və ya rus dili biliyi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
