Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun holding

Qeydiyyatçı (Resepsionist)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi; Onlayn və telefon rezervasiyalarının idarə edilməsi; Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması; Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi); Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi; Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi; Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək; Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması; Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı; Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi; Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi; Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; Tələblər Tam orta və ya ali təhsilli olmalı; Komandada işləmək bacarığı olmalı; İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı; Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi olmalı; Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli; MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.