Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Mr.Fix

Zəncirli ekskavator operatoru

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək; Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi, özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək; İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq; Texnikanın gündəlik və dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək; İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat cavab vermək; Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək; Texnikanın təmizliyini, düzgün istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək; Texnikanın istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək. Tələblər Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi; Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması arzuolunandır; Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir; Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında dərin biliklər; Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra etmək bacarığı; Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya vermək bacarığı; Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq; Komandada işləmək bacarığı. İş yeri: Bakı (Balaxanı) İş günləri: Həftədə 6 gün Əməkhaqqı: Razılaşma yolu ilə Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə Sınaq müddətindən sonra özəl tibbi sığorta

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.