Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AZERA Holding

İnsan Resursları Departamentinin direktorunun müavini

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İnsan Resursları Departamentinin fəaliyyətinin təşkili və departamenti aidiyyəti məsələlər üzrə təmsil etmək; İnsan resurslarının idarə edilməsi üzrə strategiya, prosedur və proseslərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün təşkilinə nəzarət etmək; İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul prosesinin koordinasiyasını həyata keçirmək; Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin qanunvericiliyə uyğun hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək; Elektron hökumət və müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında icrasını təmin etmək; Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin hazırlanması və tətbiqində iştirak etmək; Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim matrisinin hazırlanmasını və icrasını təşkil etmək; Təşkilati strukturun, vəzifə təlimatlarının və optimal işçi sayının müəyyənləşdirilməsi üzrə işləri koordinasiya etmək; Kadr bazasının formalaşdırılması, əməkdaş məlumatlarının idarə olunması və məxfilik rejiminin təmin edilməsinə nəzarət etmək; Əmək mübahisələrinin qanunvericiliyə uyğun həllində iştirak etmək və zəruri tədbirlərin görülməsini təmin etmək; Attestasiya və digər HR qiymətləndirmə proseslərinin təşkilini və icrasını koordinasiya etmək; Departamentin fəaliyyəti üzrə dövri və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; İnsan resursları sahəsində proseslərin effektivliyinin artırılması və yeni HR təşəbbüslərinin tətbiqi üzrə təkliflər hazırlamaq. Tələblər Ali təhsil (insan resursların idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslar); İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik; MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı; İngilis dili – B2, Rus dili – B2 arzuolunandır; HR strategiyası, kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi, təlim və əmək münasibətləri üzrə praktiki təcrübə. Liderlik və komanda idarəetmə bacarığı; Kommunikasiya, təqdimetmə, təşəbbüskarlıq və təşkilatçılıq bacarığı; Analitik təhlil və problem həll etmə bacarığı; Dinamik və yüksək iş tempinə uyğunlaşma bacarığı. Həftə içi 5 gün saat 09:00 – 18:00-dək

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.