Vakansiya haqqında
Əsas vəzifələr
Cəmiyyətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılmasında aktiv iştirak etmək;
İlkin mühasibat sənədlərinin düzgün tərtib edilməsini, yoxlanılmasını, mühasibat sisteminə işlənməsini və müvafiq qaydada saxlanılmasını təmin etmək;
Maya dəyərinin hesablanması, xərc hesablarının bağlanması, amortizasiya hesablamaları və digər dövr sonu əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun düzgün aparılmasına, amortizasiya hesablamalarına və inventarizasiya nəticələrinin uçotda əks etdirilməsinə nəzarət etmək;
Debitor və kreditor borclarının uçotunu aparmaq, borcları mütəmadi izləmək və qarşılıqlı üzləşmələri həyata keçirmək;
Vergi öhdəliklərinin, əməkhaqqı hesablamalarının, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanmasını və uçotda əks etdirilməsini təmin etmək;
Təchizatçılar, alıcılar və digər kontragentlərlə hesablaşmaları üzləşdirmək, müvafiq üzləşmə aktlarının hazırlanmasını və rəsmiləşdirilməsini təşkil etmək;
Mühasibat uçotu proseslərinin təkmilləşdirilməsi, uçot sisteminin effektivliyinin artırılması və süni intellekt həllərinin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək;
Daxili audit zamanı tələb olunan maliyyə hesabatlarının və sənədlərin vaxtında hazırlanmasını, sistemləşdirilməsini və auditorlara təqdim olunmasını təmin etmək;
Mühasibat və maliyyə fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahələri üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi, eləcə də müvafiq normativ hüquqi aktlar üzrə biliklər;
PMS sertifikatının olması; ACCA F3 və F7 sertifikatlarına malik olmaq üstünlükdür;
1C 8.3 və Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək; rus dili biliyi arzuolunandır.
Şəxsi keyfiyyətlər:
Analitik düşünmə, detallara diqqətlilik, yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, problemləri həll etmək bacarığı və komandada işləmək qabiliyyəti.
Şirkət tərəfindən təmin olunan nahar;
Könüllü tibbi sığorta;
Peşəkar təcrübənin artırılması üçün imkanlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
