Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Wellmechs

Elektrik Mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq; Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək; Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək; Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq; Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək; Sistematik konstruktivlik icmalı; İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək; Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək; Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək; Müştərilərə tövsiyələr vermək; Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək; Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək; Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək; Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək; Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək; Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək; Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək; Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq; Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq; Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq; Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək; Tələblər Yaş: 25 – 45 (Bəy namizəd) Ali təhsil: Elektrik mühəndisliyi üzrə İş təcrübəsi: Müvafiq sahə üzrə minium 2 il iş təcrübəsi; Kompüter bilikləri: MS Office, AutoCAD; Dil bilikləri: ingilis dili (orta) Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma yolu ilə təyin olunur. Nahar şirkət tərəfindən qarşılanır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.