Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Norm

Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin izlənilməsi, şirkətdə və törəmə müəssisələrdə uyğunluğun qiymətləndirilməsi. Ekoloji icazələrin alınması və yenilənməsinin koordinasiyası, dövlət orqanlarına ekoloji hesabatların təqdim edilməsi. Dövlət ekoloji yoxlamalarında iştirak, tələb olunan sənədlərin hazırlanması və yoxlama nəticələri üzrə tədbirlərin koordinasiyası. Atmosferə emissiyaların uçotu və monitorinqi, nəticələrin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi. Emissiyaların və tozlanmanın azaldılması üzrə təkliflərin hazırlanması və icrasının izlənilməsi. Təhlükəli və təhlükəsiz tullantıların uçotuna, idarə edilməsinə və bu sahədə podratçıların fəaliyyətinə nəzarət. Tullantıların azaldılması, təkrar emalı və resurslardan səmərəli istifadə üzrə təkliflərin hazırlanması. Su istifadəsinin və çirkab suların idarə edilməsinin izlənilməsi, çirklənmənin qarşısının alınması üzrə tədbirlərin koordinasiyası. ISO 14001 üzrə Ətraf Mühitin İdarəetmə Sisteminin saxlanılması və təkmilləşdirilməsində iştirak, ekoloji aspekt və risklərin qiymətləndirilməsi. Törəmə müəssisələrdə Ətraf Mühitin İdarəetmə Sisteminin tətbiqinin koordinasiyası və məsul şəxslərə metodiki dəstək. Planlı və növbədənkənar ekoloji yoxlamaların aparılması, uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin izlənilməsi. Ekoloji insidentlərin araşdırılmasında, fövqəladə hallara hazırlıqda və təlimlərdə iştirak, işçilərin ekoloji məlumatlandırılmasına dəstək. Ekoloji məqsəd və hədəflərin müəyyən edilməsində, daxili və xarici auditlərə hazırlıqda iştirak. Yeni layihələrin və istehsalat dəyişikliklərinin ekoloji qiymətləndirilməsində, o cümlədən ƏMTQ proseslərində iştirak. Podratçıların və xidmət təminatçılarının fəaliyyətinin ekoloji tələblərə uyğunluğuna nəzarət. Ətraf mühit üzrə əsas performans göstəricilərinin toplanması və təhlili, rəhbərlik, dayanıqlı inkişaf və GHG/MRV hesabatları üçün məlumatların hazırlanması. Tələblər Ekologiya, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil. Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi. Azərbaycanın ekoloji qanunvericiliyi və normativ tələbləri, həmçinin ISO 14001 standartı üzrə biliklər. Ekoloji monitorinq, icazələr və dövlət hesabatlılığı üzrə praktiki biliklər. Atmosfer emissiyaları, tullantılar, su və çirkab sularının idarə edilməsi, ekoloji risk və aspektlərin qiymətləndirilməsi üzrə biliklər. Sement istehsalının ekoloji aspektləri üzrə biliklərin olması üstünlükdür. İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı. Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.