Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Xaliq Faiqoğlu

Avtobus sürücüsü

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr D kateqoriyalı sürücülük vəsiqəsinin əldə edilməsi üçün tələb olunan təlim, hazırlıq, imtahan və sənədləşmə ilə bağlı xərclərin şirkət tərəfindən qarşılanması; İctimai nəqliyyat sahəsində avtobus sürücüsü kimi fəaliyyət göstərmək üçün tələb olunan 7 illik etibarlılıq müddətinə malik müvafiq sertifikatın əldə edilməsinə dəstək; Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Peşəkar psixoloq dəstəyi – sürücülərin psixoloji rifahının qorunması, stressin idarə olunması və emosional dayanıqlığının gücləndirilməsi məqsədilə psixoloji məsləhət və dəstək xidmətləri. Tələblər Qadın və kişi namizədlər müraciət edə bilərlər; Yaş həddi: 22-55 yaşa qədər; Avtobus sürücüsü kimi çalışmağa maraqlı olmaq; Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə məsuliyyətlə yanaşmaq; Sərnişinlərlə düzgün və nəzakətli ünsiyyət qurmaq; İntizamlı və məsuliyyətli olmaq; Müvafiq sürücülük vəsiqəsi və peşə hazırlığı tələblərinə cavab vermək. Vəzifə: Avtobus sürücüsü İş yeri: Bakı şəhəri İş rejimi: Növbəli Əməkhaqqı: 1280 AZN (iş saatı-8 saat)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.