Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azercell

Digital Solutions & Social Media unit specialist

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Azercell-in rəqəmsal kommunikasiya strategiyasına uyğun olaraq video-first sosial media yanaşmasının formalaşdırılması və idarə edilməsi, xüsusilə TikTok, Instagram Reels, YouTube Shorts və digər inkişaf edən rəqəmsal platformalara fokuslanmaq. TikTok və digər video platformaları üçün kontent strategiyası, kontent rubrikaları, kreativ formatlar və kommunikasiya yanaşmalarının hazırlanması və davamlı inkişaf etdirilməsi. Platforma trendlərini, istifadəçi davranışlarını, viral kontent mexanikalarını, populyar formatları, audio və yaradıcı yanaşmaları gündəlik izləmək və onları Azercell brendinə uyğun şəkildə operativ tətbiq etmək. Sosial media üçün orijinal və platformaya uyğun video ideyaların yaradılması, kreativ konsepsiyaların, ssenarilərin, storyboard və çəkiliş yanaşmalarının hazırlanması. Video kontentin bütün istehsal prosesini - ideyanın formalaşdırılmasından çəkiliş, montaj və yayıma qədər - koordinasiya etmək və nəticənin brend standartlarına, platforma spesifikasına və kommunikasiya məqsədlərinə uyğunluğunu təmin etmək. Kontent istehsalı zamanı daxili komandalar, kreativ və digital agentliklər, prodakşn komandaları, influenserlər və kontent yaradıcıları ilə gündəlik əməkdaşlığı və iş prosesini idarə etmək. TikTok üçün real-time marketing və trend-based kontent imkanlarını müəyyənləşdirmək, aktual mövzulara və sosial media trendlərinə çevik reaksiya verməklə Azercell-in kommunikasiya imkanlarını artırmaq. Influencer və creator marketing strategiyalarının hazırlanması, uyğun kontent yaradıcılarının müəyyənləşdirilməsi, briflərin hazırlanması, kontentin keyfiyyətinə nəzarət və kampaniya nəticələrinin təhlilində iştirak etmək. Azercell-in məhsul, xidmət və kampaniyalarını sosial media istifadəçiləri üçün sadə, yaradıcı, əyləncəli və platformaya uyğun video hekayələrə çevirmək. Sosial media kontent planlarının və kontent təqviminin hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və gündəlik kontent istehsalının koordinasiya edilməsi. Sosial media və video kontentin performans göstəricilərini - baxış sayı, izləmə müddəti, completion rate, engagement rate, paylaşım, yadda saxlama, follower growth və digər müvafiq KPI-ları - mütəmadi təhlil etmək. Kontent performansından və auditoriya davranışından əldə edilən məlumatlar əsasında kreativ yanaşmaların optimallaşdırılması, testlərin aparılması və nəticələrin davamlı yaxşılaşdırılması. Orqanik və ödənişli sosial media yanaşmalarının inteqrasiyasını təmin etmək, yüksək performans göstərən kontentin paid media vasitəsilə genişləndirilməsi üçün müvafiq komandalarla əməkdaşlıq etmək. Sosial media platformalarının yeni funksiyalarını, alqoritm dəyişikliklərini, kontent formatlarını və digital marketing trendlərini izləmək və şirkət üçün tətbiq imkanlarını müəyyənləşdirmək. İstifadəçilər tərəfindən yaradılmış kontenti, şərhləri və sosial media reaksiyalarını izləmək, reputasiya və community management məsələlərində müvafiq komandalarla koordinasiyalı şəkildə fəaliyyət göstərmək. Marketinq, məhsul, satış, müştəri xidmətləri, PR və digər əlaqəli komandalarla əməkdaşlıq etməklə vahid və inteqrasiya olunmuş kommunikasiya yanaşmasını təmin etmək. Rəqiblərin və yerli/beynəlxalq brendlərin sosial media fəaliyyətlərini mütəmadi təhlil etmək, benchmark və ən yaxşı təcrübələri müəyyənləşdirərək yeni inkişaf imkanları təklif etmək. Agentliklərlə gündəlik iş prosesini, kontent istehsalını, kreativ deliverable-ları, timeline-ları və müvafiq kampaniya büdcələrini idarə etmək. Tələblər Minimum bakalavr dərəcəsi (marketinq, kommunikasiya, biznesin idarə edilməsi, media və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür). Digital marketing, sosial media və kontent yaradılması üzrə əlavə sertifikatlar üstünlükdür. Azərbaycan dili – sərbəst. İngilis dili – yüksək səviyyədə. Digital marketing, sosial media və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi. TikTok, Instagram Reels və digər qısa video platformaları ilə praktiki iş təcrübəsi. Video kontentin hazırlanması, kontent strategiyası və planlaşdırılması üzrə təcrübə. Influencer kampaniyalarının idarə edilməsi, agentliklər və kontent yaradıcıları ilə əməkdaşlıq təcrübəsi. Sosial media analitikası və kontent performansının qiymətləndirilməsi bacarığı. TikTok, Instagram və YouTube platformalarının alqoritmləri, trendləri və kontent formatları haqqında bilik. Storytelling, kreativ konsepsiya və qısa video ssenarilərinin hazırlanması bacarığı. Video çəkiliş, montaj və mobil kontent istehsalı prinsipləri haqqında bilik. Meta Business Suite, TikTok Ads Manager və analitika alətləri ilə işləmək bacarığı. Paid Social, influencer marketing və sosial media KPI-ları haqqında bilik. Kreativ, analitik və nəticəyönümlü düşüncə. Video-first və social-first yanaşma. Güclü storytelling, copywriting və kommunikasiya bacarıqları. Trendləri brend strategiyasına uyğunlaşdırmaq bacarığı. Layihələrin idarə edilməsi, prioritetləşdirmə və komanda ilə əməkdaşlıq. Dinamik mühitə uyğunlaşma, təşəbbüskarlıq və vaxtın effektiv idarə edilməsi. TikTok/Reels üzrə uğurlu kontent portfolionun olması. Viral və yüksək engagement əldə etmiş kontentlərin hazırlanması təcrübəsi. Telekommunikasiya, texnologiya və ya FMCG sektorunda təcrübə. Generativ AI və kreativ kontent alətlərindən istifadə bacarığı. Kamera qarşısında işləmək və çəkiliş prosesini yönləndirmək təcrübəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.