Vakansiya haqqında
Birliyin keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsində iştirak etmək, təkliflər vermək, ISO, SOCAR və digər beynəlxalq standartların, sertifikatlaşdırma tələblərinin tətbiqinə və onlara uyğunluğa nəzarət etmək;Müştəri məmnuniyyəti, müştəriyönümlülük və davamlı inkişaf prinsiplərinin tətbiqini, məhsul və xidmətlərin keyfiyyət yoxlamalarını təmin etmək;Laboratoriya sınaqları, avadanlıqların kalibrlənməsi və yoxlama metodlarında yerli və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarət etmək;Daxili və xarici auditlərin planlaşdırılmasını, keçirilməsini, hesabatların hazırlanmasını və şöbənin səlahiyyətləri daxilində xarici auditlə bağlı işlərin təşkilini təmin etmək;Keyfiyyət risklərinin müəyyən edilməsi və azaldılması, keyfiyyət problemlərinin araşdırılması və aradan qaldırılması, uyğunsuzluqların qarşısının alınması üzrə prosedurların hazırlanmasında iştirak etmək və təkliflər vermək;Keyfiyyət sahəsində işçilərin təlim və sertifikatlaşdırma ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq təlimlərin təşkili və keçirilməsi üçün struktur bölmələrə metodiki dəstək göstərmək;Birlikdə əmək qanunvericiliyinə, standartlara, təhlükəsizlik qayda və normalarına, yuxarı təşkilatların, dövlət nəzarət orqanlarının və həmkarlar ittifaqlarının əmək üzrə texniki müfəttişlərinin əmr və sərəncamlarının vaxtında icrasına nəzarət etmək;Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət Göstərən Komissiyanın tərkibində iştirak edərək idarəetmə sistemlərinin (İS) tətbiqinə və keyfiyyət sahəsinə nəzarəti təşkil etmək;Struktur bölmələrdə işlərin keyfiyyət standartlarına uyğun təşkilinə kömək göstərmək, aşkar olunmuş uyğunsuzluq və nöqsanların aradan qaldırılması üçün tövsiyə və göstərişlər vermək;İstehsalat sahələrində işçilərin həyat və sağlamlığına təhlükə yarandıqda işi dərhal dayandırmaq, uyğunluq təhlilləri aparmaq, nöqsanların aradan qaldırılması və qayda pozuntularına yol vermiş şəxslər barəsində tədbirlərin görülməsi üçün rəhbərlik qarşısında məsələ qaldırmaq..
Əsas vəzifələr
Birliyin keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsində iştirak etmək, təkliflər vermək, ISO, SOCAR və digər beynəlxalq standartların, sertifikatlaşdırma tələblərinin tətbiqinə və onlara uyğunluğa nəzarət etmək;
Müştəri məmnuniyyəti, müştəriyönümlülük və davamlı inkişaf prinsiplərinin tətbiqini, məhsul və xidmətlərin keyfiyyət yoxlamalarını təmin etmək;
Laboratoriya sınaqları, avadanlıqların kalibrlənməsi və yoxlama metodlarında yerli və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarət etmək;
Daxili və xarici auditlərin planlaşdırılmasını, keçirilməsini, hesabatların hazırlanmasını və şöbənin səlahiyyətləri daxilində xarici auditlə bağlı işlərin təşkilini təmin etmək;
Keyfiyyət risklərinin müəyyən edilməsi və azaldılması, keyfiyyət problemlərinin araşdırılması və aradan qaldırılması, uyğunsuzluqların qarşısının alınması üzrə prosedurların hazırlanmasında iştirak etmək və təkliflər vermək;
Keyfiyyət sahəsində işçilərin təlim və sertifikatlaşdırma ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq təlimlərin təşkili və keçirilməsi üçün struktur bölmələrə metodiki dəstək göstərmək;
Birlikdə əmək qanunvericiliyinə, standartlara, təhlükəsizlik qayda və normalarına, yuxarı təşkilatların, dövlət nəzarət orqanlarının və həmkarlar ittifaqlarının əmək üzrə texniki müfəttişlərinin əmr və sərəncamlarının vaxtında icrasına nəzarət etmək;
Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət Göstərən Komissiyanın tərkibində iştirak edərək idarəetmə sistemlərinin (İS) tətbiqinə və keyfiyyət sahəsinə nəzarəti təşkil etmək;
Struktur bölmələrdə işlərin keyfiyyət standartlarına uyğun təşkilinə kömək göstərmək, aşkar olunmuş uyğunsuzluq və nöqsanların aradan qaldırılması üçün tövsiyə və göstərişlər vermək;
İstehsalat sahələrində işçilərin həyat və sağlamlığına təhlükə yarandıqda işi dərhal dayandırmaq, uyğunluq təhlilləri aparmaq, nöqsanların aradan qaldırılması və qayda pozuntularına yol vermiş şəxslər barəsində tədbirlərin görülməsi üçün rəhbərlik qarşısında məsələ qaldırmaq.
Tələblər
Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili;
Sertifikatlar: İSO 9001, 14001, 45001 üzrə Daxili auditor və ya Aparıcı auditor (Lead auditor) sertifikatları - üstünlükdür;
İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi; "Texniki tənzimləmə haqqında", "Standartlaşdırma haqqında", "Ölçmələrin vahidliyinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", Azərbaycan Respublikasının Qanunları;
"Qaz təchizatı haqqında", "Energetika haqqında", "Texniki təhlükəsizlik haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunları;
Təbii qazdan istifadə Qaydaları; qaz təsərrüfatında təhlükəsizlik qaydaları; qaz təchizatı üzrə tikinti norma və qaydaları (AzDTN, SNiP); İstehsalatda bədbəxt hadisələrin təhqiqi;
ISO 9000:2015, ISO 10002:2018 (müştəri şikayətləri); ISO 14001:2015 (ətraf mühitin idarə edilməsi); ISO 45001:2018 (əməyin sağlamlığı və təhlükəsizliyi); ISO 50001:2018 (enerji menecmenti); GOST 5542-2014 (sənaye və məişət təyinatlı təbii qaz); ISO 13686:2013 (təbii qazın keyfiyyəti);
Daxili və xarici auditlərin təşkili;
Keyfiyyət alətləri və metodları: PDCA dövrü; kök səbəb təhlili (5 Niyə, İşikava diaqramı); 8D; FMEA (IEC 60812:2018); statistik proses nəzarəti (SPC, nəzarət xəritələri); KPI sistemi; dəyişikliklərin idarə olunması (MOC); Lean, Six Sigma;
Əməyin mühafizəsi və təhlükəsizlik: təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi (HIRA); iş icazəsi sistemi (PTW); "İşi dayandırma" (Stop Work) prinsipi; fərdi mühafizə vasitələri ilə təminat normaları; insident və bədbəxt hadisələrin təhqiqi;
İngilis dili biliyi - B2-C1 səviyyə (standart və texniki terminologiya);
Kompüter proqramlarını: MS Office (Excel – statistik təhlil, pivot cədvəllər), Power BI, MS Visio, ERP sistemləri (SAP QM və s.), elektron sənəd dövriyyəsi sistemləri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
