Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AZROKSAN

Müdafiə təyinatlı məmulatların istehsalı üzrə texnik

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İstehsal sənədlərinə və verilmiş tapşırıqlara uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı əməliyyatları vaxtında, dəqiq və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək; Döyüş başlığı və partlayıcı tərkibli hazır və yarımfabrikat məhsulların istehsal proseslərində iştirak etmək; İstehsalatda istifadə olunan materialları qəbul etmək, istehsala hazırlamaq və texnoloji proseslərə uyğun emal etmək; Başladıcı (primer) hazırlanması, tətbiqi və yetişmə proseslərini icra etmək; Qarışdırma, tökmə, presləmə, partlayıcı yığım və digər istehsal əməliyyatlarını yerinə yetirmək; Partlayıcı qarışıqların hazırlanması, tökülməsi, yetişdirilməsi və son emal proseslərini həyata keçirmək; Döyüş başlıqlarının yığılması, gücləndirici yüklərin hazırlanması və aidiyyəti alt əməliyyatların icrasında iştirak etmək; Energetik tərkibli istehsal sahələrində yerləşən avadanlıqların düzgün və təhlükəsiz istismarını təmin etmək; İstehsal əməliyyatlarından sonra avadanlıqların və iş sahələrinin təmizlənməsini və saz vəziyyətdə saxlanılmasını təmin etmək; İstehsalatda istifadə olunan materialların, avadanlıqların və digər müəssisə əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq; Kaizen, 5S və digər proseslərin təkmilləşdirilməsi layihələrində iştirak etmək; Yeni istehsal sahələrinin və avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərinə dəstək göstərmək; Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və fərdi mühafizə vasitələrinin istifadəsi ilə bağlı tələblərə riayət etmək; İstehsal zamanı yaranan tullantıları müəyyən edilmiş prosedurlara uyğun çeşidləmək və təhvil vermək; Sistem üzərindən verilən istehsal tapşırıqlarını icra etmək və tələb olunan məlumatları vaxtında sistemə daxil etmək; Görülmüş işlər üzrə gündəlik vaxt uçotu və hesabat məlumatlarını sistemdə qeyd etmək. Tələblər Kimya ixtisası üzrə ali təhsil; İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır; Texnoloji proseslərə və istehsal intizamına riayət etmək bacarığı; Texniki sənədlərlə işləmək və təlimatları düzgün tətbiq etmək bacarığı; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və yüksək intizamlı iş yanaşması; Komandada işləmək və operativ qərar vermək bacarığı; MS Office proqramlarından ilkin səviyyədə istifadə bacarığı üstünlük hesab olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.