Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AZROKSAN

Kompozit İstehsalı Texniki

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək; Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək; İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və vaxtında doldurmaq; İstehsalat avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini doldurmaq; İstehsal zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək; İş yerinin təmiz, səliqəli və təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə saxlanılmasını təmin etmək; Görülmüş işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq; Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək. Tələblər Kimya ixtisası üzrə ali təhsil; İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır; Texniki çertyojları və istehsal sənədlərini oxumaq bacarığı; Ölçü alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı; Keyfiyyət standartları və istehsal prosesləri barədə ümumi biliklər; Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı; Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.