Vakansiya haqqında
Əsas vəzifələr
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını və düzgünlüyünü təmin etmək.
Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının tərtibinə nəzarət etmək.
Tikinti layihələri, fəaliyyət istiqamətləri və istehsalat bölmələri üzrə gəlirlilik hesabatlarını hazırlamaq və təhlil etmək.
Planlaşdırılmış və faktiki maliyyə göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək.
Şirkət rəhbərliyi üçün maliyyə təhlilləri, idarəetmə hesabatları və müvafiq analitik məlumatlar hazırlamaq.
Əməliyyat xərclərinin və kapital qoyuluşlarının düzgün təsnifləşdirilməsini təmin etmək.
Birbaşa və dolayı xərcləri müəyyənləşdirmək, onların müvafiq layihələr, məhsullar və xərc mərkəzləri üzrə bölüşdürülməsinə nəzarət etmək.
Xərclərin təsdiq edilmiş büdcələrə uyğunluğunu yoxlamaq və kənarlaşmaları təhlil etmək.
Material, əməkhaqqı, avadanlıq, subpodrat və digər xərclərin maya dəyərində düzgün əks etdirilməsinə nəzarət etmək.
Planlaşdırılmış və faktiki maya dəyəri göstəricilərini müqayisə etmək, fərqlərin səbəblərini araşdırmaq.
Layihələr və məhsullar üzrə mənfəətlilik və rentabellik göstəricilərini hesablamaq və təhlil etmək.
Şirkət üzrə illik büdcələrin və ayrı-ayrı layihələr üzrə maliyyə büdcələrinin hazırlanmasını təşkil etmək.
Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və pul axınlarının idarə edilməsinə nəzarət etmək.
Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün tədbirlər hazırlamaq.
Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi üzrə təkliflər vermək.
Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgün və vaxtında toplanmasını təmin etmək.
Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş layihə və təşəbbüslərdə iştirak etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
Maliyyə idarəetməsi, büdcələşdirmə, maliyyə təhlili və idarəetmə hesabatlarının hazırlanması sahəsində müvafiq iş təcrübəsi.
Tikinti və/və ya istehsalat sahəsində təcrübəyə üstünlük verilir.
Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının hazırlanması və təhlili üzrə biliklər.
Xərclərin uçotu, bölüşdürülməsi və maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
Büdcə planlaşdırılması, maliyyə proqnozlaşdırılması və rentabellik təhlili bacarığı.
MS Excel və maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan proqramlarla işləmək bacarığı.
Analitik düşünmə, sistemli yanaşma və qərarvermə bacarığı.
Yüksək məsuliyyət, dəqiqlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Əməkhaqqı: Rəqabətli əmək haqqı;
İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
İş qrafiki: 5 günlük iş həftəsi;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
