Vakansiya haqqında
Əsas vəzifələr
Televiziya proqramları, reportajlar, süjetlər və digər video materialların montajını həyata keçirmək;
Çəkilmiş materialları yaradıcı və texniki tələblərə uyğun emal etmək;
Video və audio materialların sinxronlaşdırılmasını təmin etmək;
Keçidlər, titrlər, qrafik elementlər və vizual effektlərlə işləmək;
Rejissor, prodüser və redaksiya komandası ilə koordinasiyalı çalışmaq;
Verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində keyfiyyətlə yerinə yetirmək.
Tələblər
Peşəkar video montaj proqramlarında işləmək bacarığı;
Video formatları, kadr kompozisiyası, rəng korreksiyası və səs emalı üzrə biliklər;
Montaj ritmi, vizual ardıcıllıq və hekayəçilik prinsiplərini anlamaq;
Yaradıcı düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
Operativ iş rejimində və komanda daxilində effektiv çalışmaq bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Televiziya sahəsində montaj təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş qrafiki: Tam ştat;
İş yeri: Space TV, Bakı;
Peşəkar və yaradıcı komanda ilə işləmək imkanı;
Dinamik televiziya mühitində təcrübə və inkişaf fürsətləri;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
