Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Ekol Mühəndislik Xidmətləri

Kreditorlar üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İlkin mühasibat sənədlərinin (qaimə-fakturalar, elektron qaimə-fakturalar (EQF), təhvil-təslim aktları və s.) qəbulunu, vaxtında və düzgün qeydiyyatını, eləcə də dəqiqliyinin yoxlanılmasını təmin etmək; Kreditor borclarını mütəmadi izləmək, təchizatçılarla qarşılıqlı üzləşmə aktlarını hazırlamaq, imzalanmasını təmin etmək və hesablaşmaların düzgünlüyünə nəzarət etmək; Mühasibat və vergi uçotuna dair sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata almaq, sistemləşdirmək, mühafizə etmək və arxivləşdirmək; 1C proqramında gündəlik mühasibat əməliyyatlarını aparmaq və müvafiq məlumatları sistemə daxil etmək; Mühasibat və maliyyə fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi; Azərbaycan Respublikasının mühasibat və vergi uçotu üzrə qanunvericiliyinə dair biliklər; 1C, Microsoft Excel və Microsoft Word proqramlarında işləmək bacarığı; Azərbaycan dilini bilmək mütləqdir, ingilis və ya rus dili biliyi arzuolunandır; Şəxsi keyfiyyətlər: Analitik düşünmə, detallara diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı. Şirkət tərəfindən təmin olunan nahar; Könüllü tibbi sığorta; Peşəkar inkişaf və yaradıcılıq imkanları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.