Vakansiya haqqında
Əsas vəzifələr
Yeni korporativ müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması;
Potensial müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kibertəhlükəsizlik həllərinin təqdim edilməsi;
Müştərilərlə görüşlərin və məhsul təqdimatlarının keçirilməsi;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Satış prosesinin bütün mərhələlərinin idarə olunması və müştərilərlə müntəzəm əlaqənin saxlanılması;
Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və yeni satış imkanlarının müəyyənləşdirilməsi;
Satış hədəflərinə nail olunması və müştəri məmnuniyyətinin təmin edilməsi.
Tələblər
İT sahəsində satış təcrübəsi;
B2B satış və korporativ müştərilərlə iş bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təklif etmək bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;
Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı;
Yeni texnologiyaları öyrənməyə və biliklərini inkişaf etdirməyə həvəs.
Kibertəhlükəsizlik həlləri, proqram təminatı və ya digər İT məhsullarının satışında təcrübə;
Korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması üzrə təcrübə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
