Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Kargüzar

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Mərkəzə daxil olan və göndərilən sənədləri qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək; Rəsmi məktub, əmr, sərəncam, arayış və digər sənədlərin hazırlanmasında iştirak etmək; Sənədlərin müəyyən edilmiş tələblərə uyğun tərtib edilməsini və rəsmiləşdirilməsini təmin etmək; Sənədlərin imzalanması, razılaşdırılması və icraçılara çatdırılması prosesini təşkil etmək; İcraya yönəldilmiş sənədlərin son tarixlərini izləmək və icra vəziyyəti barədə məlumat hazırlamaq; Elektron və fiziki sənəd dövriyyəsini sistemli şəkildə aparmaq; Əmr, məktub və digər sənədlərə müvafiq qeydiyyat nömrələri vermək; Sənədlərin surətlərini hazırlamaq, aidiyyəti şəxslərə təqdim etmək və göndərişini təmin etmək; Sənədlərin nomenklaturaya uyğun qruplaşdırılmasını və qovluqlarda saxlanılmasını təşkil etmək; Cari sənədlərin arxivə təhvil verilməsi üçün hazırlanmasını təmin etmək; Elektron məlumat bazasını və sənəd reyestrlərini mütəmadi yeniləmək; İclas protokolları və digər inzibati sənədlərin hazırlanmasında iştirak etmək; Məxfi və xidməti məlumatların qorunması tələblərinə əməl etmək; Kargüzarlıq fəaliyyəti üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək. Tələblər Ali və ya orta ixtisas təhsili; Kargüzarlıq, sənəd dövriyyəsi və ya inzibati iş sahəsində iş təcrübəsi; Kargüzarlıq və arxiv işinin əsaslarını bilmək; Rəsmi-işgüzar yazışma və sənədlərin tərtibi qaydalarını bilmək; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; MS Word, Excel, elektron poçt və elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı; Sürətli və düzgün mətn yığmaq bacarığı; Yüksək diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və təşkilatçılıq qabiliyyəti; Məxfi sənəd və məlumatlarla işləmək bacarığı. Təhsil və ya dövlət sektorunda iş təcrübəsi, həmçinin rus və ya ingilis dili biliyi əlavə üstünlük hesab olunur. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Tam iş günü və beşgünlük iş həftəsi; Peşəkar inkişaf və təlim imkanları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.