Vakansiya haqqında
Əsas vəzifələr
Direktorun gündəlik iş fəaliyyətinin, görüşlərinin və iş qrafikinin təşkili
Rəsmi sənədlərin, tapşırıqların və müraciətlərin icrasına nəzarət, tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin əlaqələndirilməsi
Görüşlər, iclaslar və tərəfdaşlarla müzakirələr üçün analitik materiallar, təqdimatlar, brifinq qeydləri və hesabatların hazırlanması
Görüş və səfərlərin (nəqliyyat, hotel, bilet, viza və s.) təşkili və logistikasının təmin edilməsi
İclas protokollarının tərtibi, qərarların icra statusunun izlənilməsi və mütəmadi hesabatların təqdim edilməsi
Dövlət orqanları, beynəlxalq təşkilatlar, özəl sektor və digər tərəfdaşlarla işgüzar kommunikasiya
Məxfilik rejiminə riayət və konfidensial sənəd dövriyyəsinin idarə olunması
Tələblər
Ali təhsil
Müvafiq sahə üzrə minimum 1 il
Azərbaycan dili – sərbəst (yazılı və şifahi)
İngilis dili – C1 səviyyəsi
Rus dili – arzuolunandır
Korporativ və dövlət protokolu üzrə biliklər, işgüzar yazışma və sənədləşmə bacarığı
MS Office (Word, Excel, PowerPoint) ilə yüksək səviyyədə işləmək, analitik təhlil və təqdimat hazırlamaq
Yüksək təşkilatçılıq və vaxtın idarə edilməsi, çoxsaylı tapşırıqları paralel icra etmək
Diplomatik ünsiyyət və yüksək EQ, çeviklik, nəticəyönümlülük, operativlik və çevik qərarvermə bacarığı
İş nəticələrinə və KPI göstəricilərinə əsaslanan mükafatlandırma
Beynəlxalq korporativ idarəetmə standartlarına uyğun iş mühiti
Rəhbərlik səviyyəsində beynəlxalq tədbirlərdə və səfərlərdə iştirak imkanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
