Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Profitline Consulting MMC

Vergi mütəxəssisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət; Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi; Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması; Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi; Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi; Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması; Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək; Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət; Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili; Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak; Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi; Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması; Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması; Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil; Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür; Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı; Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək; Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə; Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı; 1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək; Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı; Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət; Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı. Əmək haqqı: 1700–2 500 AZN; Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; Rüblük əlavə Bonus sistemi(KPİ) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı; Stabil və korporativ iş mühiti;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.