Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Sirab ASC

Maliyyə Auditi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin, hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması. Mühasibat uçotu məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması. Büdcəyə riayət olunmasına, xərclərin əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi. Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması. Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi. Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin uçotunun və faktiki mövcudluğunun yoxlanılması. Müqavilə öhdəliklərinin, təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi. Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat risklərinin müəyyən edilməsi və araşdırılması. Daxili nəzarət sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması. Audit yoxlamalarının nəticələri üzrə hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi. Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin izlənilməsi. Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və xidməti araşdırmaların aparılması. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali təhsil. Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi. Maliyyə hesabatları, mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər. Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə anlayış. Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat sənədləşməsinin təhlili bacarığı. MS Excel proqramı ilə sərbəst işləmək və böyük həcmli məlumatları təhlil etmək bacarığı. Analitik düşünmə, detallara diqqət, obyektivlik və sistemli yanaşma. Müstəqil işləmək, problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı. Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət bacarığı. ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu istiqamətdə təhsil. ERP və mühasibatlıq proqramları ilə iş təcrübəsi. Satınalma, anbar, logistika, satış və digər əməliyyat proseslərinin auditi üzrə təcrübə. Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür. 09:00-17:00 / 5 günlük iş həftəsi İstirahət günü: Şənbə və Bazar günü

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.