Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətin veb-saytları üzərindən daxil olan sorğu və müraciətlərin gündəlik izlənilməsi və idarə olunması;
Daxil olan sorğuların məzmununa uyğun olaraq aidiyyəti şöbə və əməkdaşlara düzgün və operativ şəkildə yönləndirilməsi;
Standart və ümumi xarakterli sorğuların müəyyən edilmiş qaydalara uyğun cavablandırılması;
Yönləndirilmiş sorğuların icra vəziyyətinin izlənilməsi və zərurət yarandıqda aidiyyəti şəxslərlə əlaqələndirilməsi;
Sorğuların qeydiyyatının aparılması və müvafiq məlumatların sistemləşdirilməsi;
Şirkətin ümumi e-mail ünvanına daxil olan məktub və müraciətlərin idarə olunması;
Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
Ofisə gələn qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;
Şirkətdaxili məlumat və sənədlərin müvafiq şəxslərə çatdırılmasının təmin edilməsi;
Gündəlik inzibati və təşkilati işlərin koordinasiyası;
Görüşlərin və zəruri hallarda rəhbərliyin iş qrafikinin təşkilinə dəstək göstərilməsi;
Ofis ləvazimatları və gündəlik ehtiyacların izlənilməsi;
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Xanım namizədlər
Yaş aralığı:20-30 yaş
Ali və ya orta ixtisas təhsili;
Minimum 6 ay iş təcrübəsi
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Rus və ya ingilis dili biliyi üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı;
E-mail və onlayn müraciət sistemləri ilə işləmək bacarığı;
Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti;
Məlumatı düzgün analiz edərək aidiyyəti şəxslərə yönləndirmək bacarığı;
Operativlik, diqqətlilik və məsuliyyətlilik;
Komandada işləmək və peşəkar işgüzar ünsiyyət qurmaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
