Vakansiya haqqında
Əsas vəzifələr
Şirkət tərəfindən təhkim olunmuş minik avtomobilini idarə etmək;
Rəhbərliyin gündəlik iş cədvəlinə və tapşırıqlarına əsasən ünvanlara vaxtında çatmanı təşkil etmək;
Səfərlər zamanı punktuallığa, etik davraniş qaydalarına və mütləq konfidensiallığa (məxfiliyə) riayət etmək;
Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
Yaş həddi: 30 - 45
İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
