Vakansiya haqqında
Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək;Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək;İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək;Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək.İş şərtləri:İş ünvanı: Qubadlıİş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir.
Əsas vəzifələr
Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək;
Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək;
İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək;
Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək.
İş ünvanı: Qubadlı
İş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00
Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir.
Tələblər
Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil;
Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır;
Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı;
Kənd təsərrüfatı istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və bacarıqlar;
Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
MS Office proqramlarından istifadə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
