Vakansiya haqqında
Əsas vəzifələr
Ünvan: Qum Adası, Bakı, Azərbaycan
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi.
İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.).
İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi.
Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi.
Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasının təmin edilməsi.
Stroplama və rigging avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi.
Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin dayandırılması.
Manitou ilə yük daşıyarkən yükün mümkün qədər aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı limitlərinin aşılmamasının təmin edilməsi.
Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi.
Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin məlumatlandırılması.
Gündəlik yoxlama vərəqləri, yükqaldırma əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim edilməsi.
Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi.
Tələblər
Orta ixtisas və ya peşə təhsili
Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim/sertifikat
Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər
Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi
Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası
PTW, LOTO və obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması
Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar
Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
