Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Socar

Böyük mühəndis (SƏT üzrə kompetensiyaların inkişafı və idarə edilməsi üzrə)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr SƏTƏM üzrə kompetensiyaların vahid tələblərə və müvafiq standartlara uyğun inkişafının və idarə edilməsinin təşkilinə, habelə həyata keçirilməsinə nəzarət etmək; SƏTƏM sahəsində bilik və bacarıqların artırılması, eləcə də əməkdaşların fərdi inkişafının dəstəklənməsi məqsədilə kouçinq sessiyaları təşkil etmək; SƏTƏM üzrə kompetensiyaların inkişafı proqramlarını hazırlamaq, tətbiq etmək və onların effektivliyini qiymətləndirmək; Əməkdaşların SƏTƏM üzrə bilik və bacarıqlarının davamlı inkişafını təmin etmək məqsədilə təlim və mentorluq sessiyaları keçirmək; SOCAR-ın təlim və inkişaf proseslərinə məsul struktur bölmələri ilə əməkdaşlıq çərçivəsində SƏTƏM üzrə kompetensiyaların inkişafını təmin etmək. Tələblər Texniki və ya idarəetmə ilə əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi; SƏT, təlim və ya SƏT kompetensiyaların idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi; Strukturlaşdırılmış kompetensiya çərçivələrinin hazırlanması və tətbiqi, təlim ehtiyaclarının təhlili, ISO 45001 standartı və ya digər əməyin təhlükəsizliyinin idarə edilməsi sistemləri, fəaliyyət göstəricilərinin və bacarıqların qiymətləndirilməsi sistemlərinin tətbiqi sahəsində təcrübə; ISO 14001 Ətraf Mühitin İdarə Edilməsi Sistemi üzrə bilik və təcrübənin olması üstünlükdür; Beynəlxalq SƏTƏM standartları və qabaqcıl təcrübələr haqqında biliklər; ISO 45001 standartının tələbləri haqqında biliklər; Kompetensiya matrislərinin hazırlanması və idarə edilməsi üzrə təcrübə; SƏTƏM strukturları çərçivəsində təlim və inkişaf proseslərinin idarə edilməsi üzrə təcrübə; Risk əsaslı təlim planlaşdırılması üzrə biliklər; Audit və uyğunluğun qiymətləndirilməsi prinsipləri barədə biliklər; SƏTƏM üzrə əsas fəaliyyət göstəriciləri (KPI) və performans monitorinqi mexanizmləri haqqında biliklər; Məlumatların təhlili və hesabatların hazırlanması üzrə təcrübə; Daxili SƏTƏM təlim materiallarının və kompetensiya çərçivələrinin hazırlanması üzrə təcrübə; Təlim proqramlarının hazırlanması və qiymətləndirilməsi üzrə təcrübə; Qiymətləndirmə və sertifikatlaşdırma (attestasiya) mexanizmlərinin tətbiqi üzrə təcrübə; MS Excel, PowerPoint və digər hesabat alətlərindən istifadə bacarığı; Güclü analitik təfəkkür, sistemli düşünmə və strateji planlaşdırma bacarıqları; Yüksək kommunikasiya və təqdimat bacarıqları; Təlimlərin keçirilməsi və fasilitasiya bacarıqları; Dəyişikliklərin idarə edilməsi bacarıqları; Komanda işi və koordinasiya bacarıqları; Yüksək məsuliyyət və təşkilatçılıq bacarıqları; Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı. Rus dili biliyi üstünlükdür; Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat). “Train the Trainer” sertifikatının olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.